“Neftçi” və “Qarabağ”da işləmiş məşqçi Acunun klubunu çalışdıracaq

  • 7 Dekabr 2024, 12:18

Türkiyəli Acun Ilıcalının sahibi olduğu “Hall Siti”də yeni baş məşqçi təyinatı gerçəkləşib.

Sportlife.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Çempionşip təmsilçisini Ruben Selles çalışdıracaq. 41 yaşlı mütəxəssislə 2027-ci ilin yayında kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Ruben Selles 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da fiziki hazırlıq üzrə məşqçi vəzifəsində işləyib.


Paylaş: