
Nistelroyun bəyəndiyi hücumçu kimdir?
"Mançester Yunayted"in keçmiş futbolçusu , hazırda "Lester"in baş məşqçisi postunu tutan Ruud van Nistelroy Premyer Liqada çıxış edən ən yaxşı hücumçunun adını açıqlayıb.
Sportlife.az xəbər verir ki, onun fikrincə, "Mançester Siti"nin norveçli futbolçusu Erlinq Holann birincidir: “Əgər komandanızda onun kimi oyunçu varsa, bir mövsümdə 30 qol zəmanətiniz var. O, möhtəşəm futbolçudur".
Holann bu mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 40 oyunda, 30 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.