
"Onları izləyəndə "dəli" olurdum"
"Barselona"nın gənc futbolçusu Pedri komandanın sabiq üzvləri Xavi Ernandes və Andres İnyesta ilə müqayisə edilməsi barədə danışıb.
Sportlife.az xəbər verir ki, o, adının bu cür oyunçulara birgə çəkilməsinin qürurverici hiss olduğunu bildirib: “Onların oyunlarını izlədiyim zaman "dəli" olurdum. Lakin mən hələ onların səviyyəsindən çox uzağam,"
Xatırladaq ki, Pedri bu mövsüm İspaniya çempionatında Kataloniya klubunun heyətində 28 oyunda, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.