Pioli gələcəyi ilə bağlı nikbin düşünür

  • 23 Aprel 2024, 09:14

"Milan"ın baş məşqçisi Stefano Pioli A Seriyasının 33-cü turunda "İnter"ə məğlubiyyətdən (1:2) sonra klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

Sportlife.az xəbər verir ki, Pioli gələcəyi ilə bağlı nikbin danışıb.

“Mövsümün sonunda komandanı tərk edəcəm? Mən bilmirəm. 14 ay əvvəl İnzaqi klubda qalmaq üçün mübarizə aparırdı və görün o vaxtdan nəyə nail oldu. Mən burada xoşbəxtəm, yaxşı iş görürəm və düşünürəm ki, komandada təkmilləşmə üçün yer var. Mövsümün sonunda hansı vəziyyətdə olduğumuzu görək və bunu müzakirə edək”, - deyə Pioli bildirib.

Daha əvvəl "Milan" rəhbərliyinin mövsümün sonunda 58 yaşlı çalışdırıcını istefaya göndərəcəyi bildirilirdi.


Paylaş: