Pioli: "Son dövrlərin ən bərabər derbisi idi"

  • 23 Aprel 2024, 11:55

"Milan"ın baş məşqçisi Stefano Pioli İtaliya çempionatının 33-cü turunun "İnter"lə oyununu (1:2) şərh edib.

Sportlife.az xəbər verir ki, mütəxəssis bəxtinin gətirmədiyini deyib.

"Uşaqları ruhlandırmağa çalışdım, çünki bunun arxasında yatan hər şeyi nəzərə alsaq, bu, acı bir məğlubiyyətdir. Mən oyunçuları sakitləşdirməyə çalışdım, çünki mövsümü yaxşı başa vurmalıyıq. Şənbə günü bizi daha bir vacib qarşılaşma gözləyir. Təəssüf ki, bu derbidə heç-heçəyə belə nail ola bilmədik. “İnter” möhtəşəm çempionat keçirdi, cəmi bir matçda məğlub oldu, amma artıq üç-dörd ildir ki, liqada ən güclü heyətə sahib olduqlarını mübahisə etmək mümkün deyil. Bizə gəlincə, bəzi vacib görüşlərdə xal itirdik və qeyri-sabit idik. Düşünürəm ki, bu, son vaxtların ən bərabər derbisi idi, bəxtimiz gətirmədi”, – deyə Pioli bildirib.


Paylaş: