
Premyer Liqa klubunda yeni hücumçu
Ukrayna Premyer Liqasında çıxış edən "İnqulets" 20 yaşlı hücumçu Nikita Dzeni heyətinə qatıb.
Sportlife.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Dzen Kyev "Dinamo"sunun yetirməsidir.
Cari mövsümün ilk hissəsində o, U-19 çempionatında “Çernomorets”in heyətində 12 oyunda 1 qolla yadda qalıb.