
Qalatasarayın yeni transferi Aleks fanatı çıxdı
"Qalatasaray"ın braziliyalı yeni transferi Fernando barədə maraqlı məlumat yayılıb. Sportlife.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin "Fənərbağça"nın keçmiş əfsanəvi kapitanı Aleks de Souzanın fanatı olduğu ortaya çıxıb.
Belə ki, Fernando 2015-ci ildə, "Mançester Siti"də oynayan zaman verdiyi müsahibəsində kumirinin Aleks de Souza olduğunu deyib, onu Ronaldo və Messi ilə müqayisə edib.
Həmin videonu təqdim edirik: