Qrinvud A Seriyasına keçə bilər

  • 2 May 2024, 15:10

"Yuventus"un idman direktoru Kristiano Cuntoli "Mançester Yunayted"in hücumçusunu komandaya dəvət etmək istəyir.

Sportlife.az xəbər verir ki, söhbət cari mövsümü icarə əsasında “Xetafe” də keçirən Meyson Qrinvuddan gedir. “Mançester Yunayted”in Qrinvudu növbəti mövsümdə də komandaya qaytarmaq barədə düşünmədiyi bildirilir.

Qeyd olunur ki, 22 yaşlı forvard da "Old Trafford"un qapılarının artıq üzünə bağlı olması ilə barışıb.

Qrinvud La Liqada keçirdiyi 28 matçda 8 qol vurub, 6 məhsuldar ötürmə edib.


Paylaş: