"Real" - "Barselona" matçında hakimin VAR-la danışığı yayıldı

  • 22 Aprel 2024, 20:34

İspaniya Kral Futbol Federasiyası La Liqanın 31-ci turunun "Real"la oyunundan (3:2) sonra hakimin VAR ilə danışıqlarını dərc edib.

Sportlife.az xəbər verir ki, matçın 28-ci dəqiqəsində “Real Madrid”in qapıçısı Andrey Lunin “Barselona”nın cinah oyunçusu Lamin Yamala toxunan topu qapı xəttindən uzaqlaşdırıb. Bir neçə kameradan VAR epizodu qiymətləndirilib və hakim qol olmadığına dair qərar verib.

Hakimin VAR-la danışığında "Topun qapı xəttini tamamilə keçdiyinə dair heç bir sübut yoxdur" ifadəsi yer alıb.

Bu gün "Barselona" prezidenti Joan Laporta bildirib ki, Lamin Yamalın mümkün qolu anında hakim səhvi təsdiqlənərsə, matçın təkrar keçirilməsini tələb edəcək.

Qeyd edək ki, oyunun videohakimi Xose Mariya Sançez Martinez olub.

"Real Madrid" 81 xalla İspaniya çempionatının cədvəlinə başçılıq edir, "Barselona" 70 xalla ikincidir.


Paylaş: