"Real" daha bir transferi bitirdi

  • Dünən, 10:32

"River Pleyt"in hücumameyilli yarımmüdafiəçisi Franko Mastantuono karyerasını "Real"da davam etdirəcək.

Sportlife.az xəbər verir ki, "kral klubu" 17 yaşlı argentinalını 45 milyon avroya heyətinə qatır.

Futbolçunun 2031-ci ilə qədər müqavilə imzalayacağı qeyd edilir.

Argentina çempionatının ötən mövsümündə Franko 12 oyun keçirib,  4 qol vurub və 4 məhsuldar ötürmə edib. PSJ də onun xidmətində maraqlı idi.


Paylaş: