Salah qərarını verdi

  • 30 Aprel 2024, 17:44

"Liverpul"un hücumçusu Mohamed Salah ən azı bir mövsüm komandada qalmağa qərar verib.

Sportlife.az xəbər verir ki, 31 yaşlı misirli yay transfer pəncərəsi zamanı ayrılmaq fikrindən daşınıb. "The Sun" daha əvvəl forvardın baş məşqçi Yurgen Kloppla birlikdə klubu tərk edəcəyini iddia etmişdi.

Salah bu mövsüm "Liverpul"un heyətində 41 oyuna çıxıb, 24 qol vurub və 13 məhsuldar ötürmə edib.


Paylaş: