Tanınmış qapıçının bağırsağı deşildi

  • 1 Aprel 2025, 14:06

"Las Palmas"ın qapıçısı Yasper Sillessen La Liqanın 29-cu turunun "Selta" ilə matçında ciddi zədə alıb.

Sportlife.az xəbər verir ki, o, ilk hissədə "Selta"nın hücumçusu Borxa İqlesiasla toqquşub. Mədəsindən zərbə alan 35 yaşlı qolkiper meydanı xərəkdə tərk edib, ardınca isə xəstəxanaya aparılıb.

Klubun yaydığı məlumata görə, niderlandlı qapıçı deşilmiş bağırsağın korreksiyası üçün əməliyyat olunub. Prosedur laparoskopik üsulla həyata keçirilib. Futbolçunun sağalma müddəti dəqiq bilinmir.

Sillessen 2024-cü ilin yayında "Neymegen"dən "Las Palmas"a keçib. O, "Barselona", "Valensiya" və "Ayaks"dakı çıxışları ilə tanınır.


Paylaş: