Tiaqo Silva "Fluminense"yə qayıda bilər

  • 22 Aprel 2024, 17:25

"Çelsi"nin müdafiəçisi Tiaqo Silva karyerasını "Fluminense"də davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, britaniyalı jurnalist Nizar Kinsella bu barədə məlumat yayıb.

39 yaşlı futbolçunun London klubu ilə müqaviləsi bu ilin iyununda başa çatır. Mənbənin sözlərinə görə, Silva 2006-2009-cu illərdə çıxış etdiyi "Fluminense"yə qayıda bilər.

Qeyd olunur ki, klub artıq azad agent kimi futbolçunun transferi üzərində işləyir.


Paylaş: