Tomas Tuxel Premyer Liqaya qayıtmaq istəyir

  • 22 Aprel 2024, 20:47

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel "Mançester Yunayted"ə keçməkdə maraqlıdır.

Sportlife.az "Cfbayern"ə istinadla xəbər verir ki, almaniyalı mütəxəssis karyerasında yeni çağırışa hazırdır. Daha əvvəl “Qırmızı Şeytanlar”ın çalışdırıcı ilə əlaqə saxladığı bildirilirdi.

Bu ilin fevralında "Bavariya" baş məşqçisi Tomas Tuxelin gələn yayda klubdan ayrılacağını açıqlamışdı. Münhen klubu 30 oyundan sonra 66 xalla Almaniya çempionatında ikincidir.

“Mançester Yunayted” 50 xalla Premyer Liqanın turnir cədvəlində 7-ci yerdədir.


Paylaş: