"Vest Hem" Amorimlə danışıqlar aparır

  • 23 Aprel 2024, 09:35

“Sportinq”in baş məşqçisi Ruben Amorim karyerasını İngiltərədə davam etdirə bilər.

Sportlife.az "The Athletic"ə istinadla xəbər verir ki, 39 yaşlı portuqaliyalı ilə "Vest Hem" maraqlanır. Londonlular artıq Devid Moyesi əvəz edə biləcək Amorimlə danışıqlara başlayıb.

“Vest Hem” 48 xalla Premyer Liqanın turnir cədvəlində 8-ci yerdədir.


Paylaş: