Vinisiusla müqavilə uzadılıb

  • Dünən, 13:07

"Real"ın hücumçusu Vinisius Junior Madrid klubu ilə yeni müqavilə imzalayıb.

Sportlife.az xəbər verir ki, braziliyalı ilə müqavilənin müddətinin daha 2-3 il uzadıldığı barədə məlumatlar var. Rəsmi açıqlamanın mövsümün sonunda veriləcəyi gözlənilir. Hazırkı müqavilə isə 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub.

Bu mövsüm 24 yaşlı futbolçu bütün turnirlərdə 46 matçda 20 qol vurub və 14 məhsuldar ötürmə edib.


Paylaş: