Xabi Alonso: "De Rossi ilə ortaq cəhətlərimiz çoxdur"

  • 2 May 2024, 10:00

"Bayer"in baş məşqçisi Xabi Alonso "Roma"dakı həmkarı Daniele de Rossi haqda danışıb.

Sportlife.az xəbər verir ki, Alonso Avropa Liqasının yarımfinalında romalılarla keçiriləcək səfər matçı öncəsi bunları deyib:

 “Bizim ortaq cəhətlərimiz çoxdur. Biz eyni nəsli təmsil edirik. Onun həm “Roma”da, həm də İtaliya millisində böyük karyerası olub. Belə bir yol keçmiş futbolçuları məşqçi kimi görmək çox xoşdur. "Roma yaxşı futbol nümayiş etdirir, heyətində çoxlu əla oyunçular var. Bizi maraqlı matç gözləyir".


Paylaş: