Xavi son 4 "El Klasiko"nu uduzub

  • 22 Aprel 2024, 16:48

Xavinin rəhbərlik etdiyi "Barselona" ardıcıl dördüncü matçda "Real Madrid"ə uduzub.

Sportlife.az xəbər verir ki, İspaniya çempionatının 32-ci turunda kataloniyalılar 2:3 hesabı ilə məğlub olublar. Bundan əvvəlki 3 görüşdə də madridlilər qalib gəliblər - 4:0, 2:1 və 4:1.

Xavi ardıcıl 4 "El Klasiko"da uduzan ikinci baş məşqçi olub. Əvvəllər bu nəticəni Patrik O'Konnell göstərmişdi - 1935-ci ildən 1940-cı ilə qədər.


Paylaş: