Yenidən “Bavariya”ya qayıdır

  • 1 Aprel 2025, 15:29

Almaniya millisinin  sabiq futbolçusu Mario Qomez keçmiş komandası “Bavariya”ya qayıda bilər.

Sportlife.az xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı veteran futbolçu Münhen təmsilçisinin İdarə Heyətində yer ala bilər. Klub rəhbərliyi idarəçilik baxımından gələcək üçün planlar qurur və Qomezin vəziyyətini yaxından izləyir.

O, hazırda “Red Bull”a məxsus komandalarda futbol direktoru vəzifəsində çalışır. Onun şirkətlə 2028-ci ilədək müqaviləsi var.

Qeyd edək ki, Mario Qomez 2009-2013-cü illərdə “Bavariya”da çıxış edib.


Paylaş: