AFFA rəsmisi Millətlər Liqasında

  • 1 Aprel 2025, 14:33

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Sportlife.az xəbər verir ki, o, qadınlar arasında UEFA Millətlər Liqasının Şimali Makedoniya – Latviya oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının VI qrupunun III turu çərçivəsində keçiriləcək görüş aprelin 4-də Skopyedə yerləşən Şimali Makedoniya Futbol Federasiyasının Məşq Mərkəzində təşkil olunacaq.


Paylaş: