AFFA rəsmisi Nyonda

  • 22 Mart 2025, 16:12

Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin növbəti iclasında üzv olaraq iştirak edib.

Sportlife.az xəbər verir ki, iclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub. Toplantı zamanı aşağıdakı məsələlər müzakirə olunub:

- Klubların lisenziyalaşdırılması üzrə UEFA tərəfindən Milli Assosiasiyalara dəstək fəaliyyətləri;
- Klublara həmrəylik ödənişlərinin lisenziyalaşdırma sistemi ilə əlaqələndirilməsi;
- UEFA Maliyyə Davamlılığı qaydaları haqqında yeniliklər;
- UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanının fəaliyyətini tənzimləyən prosedur qaydalarında dəyişikliklər;
- Avropa klublarının maliyyə və investisiyalarına dair UEFA-nın hesabatı.

Paylaş: