Azərbaycan Kuboku: “Qarabağ” – “Neftçi” matçının biletləri satışda

  • 23 Aprel 2024, 11:19

Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçiriləcək “Qarabağ” – “Neftçi” cavab qarşılaşmasının biletləri satışa çıxarılır.
 
Sportlife.az xəbər verir ki, azarkeşlər biletləri bu gün saat 12:00-dan etibarən iticket.az-dan əldə edə bilərlər.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Sabah baş tuitacaq görüş saat 20:00-da başlanacaq.

Ağdam klubu ilk matçda 4:0 hesablı qələbə qazanıb.


Paylaş: