Azərbaycan - Latviya matçının başlama saatı açıqlandı

  • 3 Noyabr 2023, 11:42

21 yaşadək (U-21) futbolçulardan ibarət Azərbaycan millisinin Latviyaya qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq oyununun başlama saatı və stadionu müəyyənləşib.

Sportlife.az AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma noyabrın 17-də “Dalğa Arena”da baş tutacaq.

Matçın start fiti saat 18:00-da səslənəcək.


Paylaş: