
Bakıdakı dünya çempionatının medalları təqdim olundu
Bu ilin mayında Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının medalları təqdim olunub.
Sportlife.az xəbər verir ki, xüsusi dizaynla hazırlanmış medalların üzərində mundialın loqotipi həkk olunub. Qiymətli materialllardan istifadə olunaraq hazırlanan medallar yüksək keyfiyyəti ilə seçilir.
Qeyd edək ki, dünya çempionatı mayın 22-dən iyunun 1-dək keçiriləcək. Oyunlar Milli Gimnastika Arenasında olacaq.