Dünya çempionatı Özbəkistanın bu şəhərlərində keçiriləcək

  • 20 Aprel 2024, 09:54

2024-cü ildə Özbəkistanda keçiriləcək futzal üzrə dünya çempionatının oyunlarına ev sahibliyi edəcək şəhərlər bəlli olub.

Sportlife.az xəbər verir ki, dünya çempionatının oyunlarına Daşkənd, Buxara və Əndican ev sahibliyi edəcək.

Futzal üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi may ayında keçiriləcək. Turnirin özü 2024-cü il sentyabrın 14-dən oktyabrın 6-dək davam edəcək.


Paylaş: