Emeri komandada qaldı

  • 28 Aprel 2024, 16:51

PSJ futbolçusu Varren Zair-Emeri ilə yeni müqavilə imzalayıb.

Sportlife.az klubun saytına istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2029-cu ilin iyununa qədər uzadılıb.

 

Qeyd edək ki, PSJ-nin akademiyasının yetirməsi olan 2022-ci ildən əsas komandada oynayır. O, bu mövsüm meydana çıxdığı 38 matçda 3 qol vurub, 6 qolun ötürməsini verib.


Paylaş: