Mahir də Premyer Liqaya qayıdır

  • 15 İyun 2024, 11:43

"Qarabağ" heyətini daha bir futbolçu ilə gücləndirə bilər.

Sportlife.az saytının əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi Mahir Emrelininin komandaya keçidini həll etmək üzrədi. Tərəflər arasında bir müddətdi davam edən danışıqlar artıq yekunlaşır. Transferin yaxın vaxtda rəsmən açıqlanması gözlənilir.

Xatırladaq ki, Emreli 2022-ci ildə "Qarabağ"dan Xorvatiyanın "Dinamo" klubuna transfer olunub.


Paylaş: