Millimiz beynəlxalq turnirin qalibi oldu

  • 2 May 2024, 09:04

Azərbaycanın minifutbol millisi Monteneqronun paytaxtı Podqoritsada keçirilən beynəlxalq turnirin qalibi olub.

Sportlife.az xəbər verir ki, yığma həlledici oyunda son dünya çempionu Rumıniyaya 5:4 hesabı ilə qalib gələrək, baş mükafatı qazanıb.

Milli üzvlərindən ikisi fərdi mükafata layiq görülüb. Vəli Qafarov turnirin ən yaxşı qapıçısı, Elvin Əlizadə isə ən yaxşı futbolçusu seçilib.


Paylaş: