"Neftçi"nin ilk transferi

  • Dünən, 19:26

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.

Sportlife.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori artıq “Neftçi” ailəsinin üzvüdür. 18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanıb.

Ohori futbola Yaponiyanın “Sanfreççe” klubunun akademiyasında başlayıb. Sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb.


Paylaş: