Niderland millisinin iki futbolçusu sıradan çıxıb

  • 18 Noyabr 2024, 17:34

UEFA Millətlər Liqasının VI turunda Niderland Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Sportlife.az xəbər verir ki, “narıncılar”ın iki futbolçusu bu görüşü buraxacaq. Bu barədə komandanın baş məşqçisi Ronald Kuman yerli mətbuata açıqlamasında deyib.

Vircil Van Deyk və Frenki de Yonq zədə səbəbindən matçda iştirak etməyəcək.

Bosniya və Hersqovina – Niderland oyunu noyabrın 19-da keçiriləcək.


Paylaş: