"Qusar"dan 7 qol

  • 23 Aprel 2024, 18:55

Futbol üzrə Azərbaycan 2-ci liqasında 22-ci tura yekun vurulub.

Sportlife.az xəbər verir ki, son gündə 4 oyun keçirilib. Bu 4 oyunda ümumilikdə 19 qol vurulub.

"Füzuli" "Şəmkir"ə, "Şahdağ Qusar" "Dinamo"ya, "Göygöl" "Lerik"ə qalib gəlib. "Qusar" isə "Şəfa" ilə heç-heçə edib.

 

"Füzuli" - "Şəmkir" 3:1

Qollar: Haqverdi Həsənov, 21, Elvin Nəsibov, 56, Emin Quliyev, 65 - Asim Quliyev, 41

"Qusar" - "Şəfa" 2:2

Qollar: Vüqar Əşrəfli, 8, Kazbek Qafarov, 74 - Əli Əliyev, 54, Rəhim Nağıyev, 86

"Dinamo" - "Qusar" 1:7

Qollar: Əkbər Səfərzadə, 90+1 - Tural Qürbətov, 7, 53, 56, Famil Camalov, 17, 33, 58, Denis İsmixanov, 72

Qırmızı vərəqə: Fərid Eyvazov, 85, İman Müseyivov, 89 - Rafiq Kərimov, 18

"Göygöl" - "Lerik" 2:1

Qollar: Sənan Həsənov, 51, Bəşir Qarayev, 83 - Nurlan Əmirzadə, 70

21 aprel

"Cəbrayıl" - "Baku Sportinq" - 0:1

"Kürmük Qax" - "Şəki Siti" - 4:1

"Kür-Araz" - "Ağdaş" - 3:2


Paylaş: