"Solankeni mühakimə etmək üçün çox tezdir" - Postekoğlu
"Tottenhem"in baş məşqçisi Angelos Postekoqlu yeni forvardları Dominik Solanke barədə danışıb.
Sportlife.az xəbər verir ki, o, jurnalistin Solankenin ilk görüşlərdə fərqlənə bilməməyi barədə sualına əsəbləşib:
"Bilmirəm, çünki insanlar çox tez mühakimə edirlər. Nəfəs alın. Bir az yoqa ilə məşğul olun".
"Solanke bizim üçün cəmi iki oyunda oynayıb!. Əgər o, 15 oyunu qolsuz keçsə, bu suala cavab verə bilərəm".
Xatırladaq ki, Solankeni "Tottenhem" "Bornmut"dan 40 milyon avroya transfer edib. 27 yaşlı hücumçu ötən mövsüm Premyer Liqada 38 oyuna çıxıb və 19 qol vurub.