
"I Liqa üçün işlərimiz 70-80 faiz tamamlanıb"
"Bizə heyəti komplektləşdirmək baxımından 5-6 futbolçu lazım olacaq".
Bu sözləri Sportlife.az saytına açıqlamasında II Liqada çıxış edən "Şəfa" klubunun prezidenti Sərdar Salmanzade deyib.
O, komandasının I Liqaya hazırlıqlarından danışıb: "Bizim hələ II Liqada işlərimiz qalıb. Qarşıdakı oyunlarda da qələbə qazanmaq istəyirik. Daha 12 oyunumuz var. Bu matçlardan sonra artıq I Liqa haqda daha çox düşünəcəyik. Heyətlə bağlı işlərimiz 70-80% tamamlanıb. Amil Yunanov, Emin Zamanov, Zahid Mərdanov və Tərlan Quliyev artıq komandaya qoşulub. Amma bizə daha 5-6 futbolçu lazım olacaq. Maliyyə ilə bağlı məsələlərin üzərində mütəxəssislər işləyir. Lazım olan bütün sənədləri təqdim etmişik. Əsas olan növbəti oyunlarda qalib gəlib, I Liqaya yüksəlməkdir".
Akif ƏHMƏDOV