"Araz-Naxçıvan"da 2 müqavilə

  • 3 İyun 2025, 10:58

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqaviləsi başa çatmış daha iki futbolçu ilə yenidən anlaşıb.

Bu barədə Sportlife.az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Slavik Alxasov və Qara Qarayev 2025/2026 mövsümünü də komandanın heyətində keçirəcək. Hər iki oyunçu ilə anlaşma 1 illikdir.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.


Paylaş: