"İnter"dən ilk transfer

  • 4 İyun 2025, 18:41

"İnter" Zaqreb "Dinamo"sunun və Xorvatiya millisinin yarımmüdafiəçisi Petar Suçiçin transferini açıqlayıb.

Sportlife.az xəbər verir ki, müqavilənin təfərrüatları barədə məlumat verilmir. Transfermarkt portalının məlumatına görə, Milan klubu 21 yaşlı xorvat üçün 14 milyon avro ödəyib.

2024/25 mövsümündə Suçiç "Dinamo" ilə bütün turnirlərdə 32 matçda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.


Paylaş: