"Roma" 2 müdafiəçi axtarır

  • 4 İyun 2025, 14:12

"Roma" rəhbərliyi "Bolonya"nın müdafiəçiləri Sem Bekema və Con Lukumi ilə müqavilə imzalamağı planlaşdırır.

Sportlife.az xəbər verir ki, paytaxt klubu Mats Hummels və Mario Ermosoya əvəzedici axtarır.

Bekema 2024/25 mövsümündə "Bolonya"nın heyətində bütün yarışlarda 47 matçda 2 məhsuldar ötürmə edib. Lukumi isə 44 görüşdə 1 qol və 1 assistlə yadda qalıb.


Paylaş: