
"Napoli" qapıçısı ilə razılığa gəldi
"Napoli" qapıçısı Aleks Meretlə yeni müqavilə imzalayacaq.
Sportlife.az xəbər verir ki, 28 yaşlı qolkiperlə sözləşmə 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Futbolçunun maaşı illik 2,5 milyon avro olacaq.
Ötən mövsüm Meret A Seriyasında 34 oyun keçirib, 25 qol buraxıb. 18 oyunda isə qapısını toxunulmaz saxlayıb.