
Prezident Minifutbol Federasiyasına 2 milyon ayırdı
Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.
Sportlife.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan milli komandasının 2025-ci il minifutbol üzrə dünya çempionu olması ilə əlaqədar Prezidentin Ehtiyat Fondundan Azərbaycan Minifutbol Federasiyasına 2 milyon manat ayrılıb.
Xatırladaq ki, Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının finalında Macarıstan yığmasını 4:2 hesabı ilə məğlub edib.