
Donnarummanın gələcəyi sual altında
PSJ-nin qapıçısı Canluici Donnarumma bir neçə klubdan təklif allıb.
Sportlife.az xəbər verir ki, bu barədə italiyalı qolkiperin agenti Enzo Rayola açıqlama verib.
O, Paris klubu ilə yenidən danışacaqlarını bildirib: "İnter? Əlbəttə ki, onu sevirlər, amma başqa heç nə yoxdur. "Napoli" ilə də eyni vəziyyətdir".
Donnarumma 2021-ci ilin yayından PSJ-nin şərəfini qoruyur. Onun müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.