"Qəbələ"dən növbəti transfer

  • Bu gün, 10:05

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Sportlife.az xəbər verir ki, qanalı mərkəz müdafiəçisi İsaak Amoa “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

24 yaşlı futbolçu ilə "1+1" illik müqavilə imzalanıb.

Amoanın son klubu ötən mövsümün ikinci yarısında formasını geyindiyi İspaniyanın 3-cü liqa təmsilçisi “Atletiko Sanlukenyo” olub. O, bunadək İspaniyada “Valyadolid”in U-19 və əvəzedici komandalarında, həmçinin “Algesiras”, “Tarazona”, Polşada “Poqon" (Siedlse) klublarında da çıxış edib.


Paylaş: