"Qarabağ"dan Çin klubuna

  • Bu gün, 13:57

"Qarabağ"dan ayrılan Yassin Benziya karyerasını Asiyada davam etdirə bilər.

Sportlife.az "Africafoot"a istinadən xəbər verir ki, Çinin "Çanqçun Yatai" klubu əlcəzairli yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Sərbəst futbolçu statusunda olan oyunçuya yüksək maaş təklif edilib. O, hələlik yekun qərarını verməyib.

Qeyd edək ki, Benziya 2023-cü ilin yanvarın bu ilin iyununadək “Qarabağ”ın şərəfini qoruyub.


Paylaş: