"Bayer"də 18 yaşlı hücumçu

  • 11 İyul 2025, 17:52

"Albasete"nin hücumçusu Kristian Kofane "Bayer"ə keçib.

Sportlife.az xəbər verir ki, 18 yaşlı kamerunlu ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.

Leverkuzen klubu oyunçunun 5 milyon avroluq satınalma bəndini aktivləşdirib.

Kofane 2024-cü ilin noyabrından "Albasete"də çıxış edirdi. O, ötən mövsüm Sequndada 20 oyun keçirib, 8 qol vurub və 1 məhsuldar ötürmə edib. 


Paylaş: