
Həmzə "Latsio" və "Marsel"in hədəfində
"Latsio" və "Marsel" "Reyncers"in hücumçusu Həmzə İqamanenin transferində maraqlıdır.
Sportlife.az xəbər verir ki, Şotlandiya klubu 22 yaşlı mərakeşli üçün 25 milyon avro tələb edir. Futbolçunun transferi “Reyncers”ə təxminən 2,2 milyon avroya başa gəlib.
"Marsel" qış transfer pəncərəsindən bəri oyunçunun agentləri ilə əlaqə saxlayır.
2024/25 mövsümündə İqamane "Reyncers"in heyətində 46 matçda 16 qol vurub və 3 məhsuldar ötürmə edib.