Mbappedən "Real"a pis xəbər

  • Dünən, 18:34

"Real"ın hücumçusu Kilian Mbappe klublararası dünya çempionatının qrup mərhələsində "Zalsburq"a qarşı oyunu buraxa bilər.

Sportlife.az xəbər verir ki, 26 yaşlı forvard hələ də qastroenteritdən əziyyət çəkir.

Fransalı futbolçu qrup mərhələsinin “Əl-Hilal” (1:1) və “Paçuka” (3:1) ilə ilk iki matçını buraxıb. "Zalsburq"la görüş isə iyunun 28-də keçiriləcək.

Qeyd edək ki, Mbappe iyunun 19-da bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib. Ona kəskin qastroenterit diaqnozu qoyulub. Həmin gün o, Mayami xəstəxanasından evə buraxılıb.


Paylaş: