
"Sabah"da rəsmi ayrılıq
"Sabah" futbolçusu Con İrasabal ilə yollarını ayırıb.
Sportlife.az xəbər verir ki, ispaniyalı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə yenilənməyib.
2022-ci ildən “Sabah”ın formasını geyinən İrasabal bu komandanın heyətində 98 oyunda meydana çıxıb, 6 qola imza atıb. O, Bakı klubu ilə birlikdə Azərbaycan Kubokunu, Premyer Liqada isə gümüş və bürünc medalları qazanıb.