
Fələstinli futbolçu İsrailin hücumu nəticəsində öldü
Fələstinin "Cəbaliya" klubunun yarımmüdafiəçisi Abdulla Mazen Havila İsrailin hücumu nəticəsində həlak olub.
Sportlife.az xəbər verir ki, hadisənin təfərrüatları açıqlanmayıb.
Futbolçunun 25 yaşı var idi. O, əvvəllər BƏƏ-nin “Əl Ain” və “Dubay Siti” klublarında çıxış edib.
Mayın 18-də İsrail ordusu Qəzza zolağının şimal və cənub bölgələrində genişmiqyaslı quru əməliyyatına başlayıb. Əməliyyatın məqsədi Fələstinin radikal HƏMAS hərəkatını zərəsizləşdirilməsi və anklavda saxlanılan bütün israilli girovların azad edilməsidir.