
Petkoviç Türkiyəni seçdi
16 ildən sonra yenidən Türkiyə Superliqasında mübarizə aparacaq “Kocaelispor” heyətini tanınmış futbolçu ilə gücləndirib.
Sportlife.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kocaeli təmsilçisi Xorvatiya millisinin hücumçusu Bruno Petkoviçlə anlaşıb. Onunla bağlanacaq müqavilənin detalları açıqlanmayıb.
30 yaşlı oyunçu son olaraq ölkəsində Zaqreb “Dinamo”sunun formasını geyinib.