Millimizdə yeni futbolçu

  • Bu gün, 14:55

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə yeni futbolçu cəlb edilib.

AFFA-dan Sportlife.az-a verilən məlumata görə, İspaniyanın “Marcet” klubunun yarımmüdafiəçisi Ranar Qazibəyov milliyə dəvət olunub

Qeyd edək ki, U-16 iyunun 15-dən 21-dək Bakıda təlim-məşq toplanışında olacaq. Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv hazırlıq çərçivəsində iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.


Paylaş: