
Simeone həmyerlisini komandasında istəyir
"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone "Tottenhem"in müdafiəçisi Kristian Romeronu sərəncamında görmək istəyir.
Sportlife.az xəbər verir ki, argentinalı mütəxəssis həmyerlisi ilə bağlı istəyini klub rəhbərliyinə çatdırıb.
Qeyd edək ki, 27 yaşlı müdafiəçinin "Tottenhem"lə müqaviləsinin bitməsinə 2 il qalıb. O, ötən mövsüm 26 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.