
"Barselona"da Uilyams səsləri
"Barselona" "Atletik"in hücumçusu Niko Uilyamsın transferi ilə bağlı yekun qərarını verib.
Sportlife.az xəbər verir ki, klub oyunçudan müsbət cavab aldığı üçün onun 58 milyon avroya satın alma variantını aktivləşdirməyə qərar verib.
Lakin ispan futbolçunun agenti ilə daha bir neçə danışıqlara ehtiyac olacaq.
Qeyd ədək ki, Uilyams 2021-ci ildən "Atletik"də çıxış edir. O, 2024/25 mövsümündə bütün yarışlarda 45 matçda 11 qol vurub və 7 məhsuldar ötürmə edib.